AZ

Gənc müəllimlərin forumunda Prezidentə dəstək bəyanatı qəbul olunub

Image

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Milli təhsilimizin gələcəyi, gənc müəllim – fəal vətəndaş” mövzusunda keçirilən forumda Prezident İlham Əliyevə dəstək ifadə olunub. Bəyanatı Vətən müharibəsi iştirakçısı, gənc müəllim İdris Abıyev səsləndirib.

Bəyanatda gənc müəllimlərin milli təhsilin inkişafına böyük töhfələr vermiş, müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisi və dünya birliyində layiqli yer tutmasını təmin etmiş ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəklədikləri vurğulanıb.

“Azərbaycan Prezidenti İlham Əliyev hər zaman müəllimlərə diqqət və qayğı göstərmiş, təhsil sahəsində həyata keçirilmiş islahatları, eləcə də bu prosesdə müəllimlərin əməyini yüksək qiymətləndirib, təhsil sistemi və təhsilverənlər qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Məhz bu qayğı nəticəsində son illərdə müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində ciddi uğurlar əldə edilmiş, onların əməkhaqqısı əhəmiyyətli şəkildə artırılıb. Həyata keçirilən kompleks tədbirlər sayəsində müəllimlik peşəsinə maraq artıb, müəllim nüfuzu yüksəlib.

Forum xalqımızın və dövlətimizin həyatında fövqəladə əhəmiyyətə malik olan Prezident seçkiləri ərəfəsində keçirilir. Biz, gənc müəllimlər bəyan edirik ki, milli təhsilimizin inkişafına böyük töhfələr vermiş, müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafını və dünya birliyində layiqli yer tutmasını təmin etmiş İlham Əliyevin siyasi kursunu dəstəkləyirik”, - bəyanatda qeyd olunub.

Eyni zamanda 600 müəllimin iştirak etdiyi forumda AGMA-nın sədri Rüfət Əsədzadə forumun məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Gənc müəllimlərin forumu çərçivəsində şəhid Valeh Bədəlovun anası, ibtidai sinif müəllimi Südabə Qazıyeva, ADA məktəbinin müəllimi, AGMA-nın İdarə Heyətinin üzvü Səkinə Həsənova, teleaparıcı Jalə Həsənli, İrəli İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, təhsil eksperti Günel Səfərova müxtəlif mövzular ətrafında fikirlərini bölüşüblər. Çıxışlardan sonra müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Mətləb






Seçilən
87
20
baki-xeber.com

10Mənbələr