Qərb tərəfdaşları Ukraynaya yardımı davam etdirməlidir.
Modern.az xəbər verir ki, bu fikri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı söyləyib.
“Biz onların müqavimətini gücləndirməkdə davam etməliyik. Ukraynalıların 2024-cü il və ondan sonrakı dövrdə proqnozlaşdırıla bilən maliyyəyə ehtiyacı var”, - deyə Avropa Komissiyasının rəhbəri bildirib.
O qeyd edib ki, Ukrayna Rusiyanı məğlub edə bilər, lakin tərəfdaşlar onun müdafiə qabiliyyətini gücləndirməkdə davam etməlidirlər.
Ursula Fon der Lyayen deyib: “Ukraynalılara ölkəsini qorumaq və onun qanuni ərazisini qaytarmaq üçün daimi silah təchizatı lazımdır. Onlara Rusiyadan gələcək hücumların qarşısını almaq üçün imkanlar lazımdır. Həm də onlara ümid lazımdır”.