Nə qədər ki, cənubda müharibə davam edəcək, şimalda da münaqişələr olacaq.
Axar.az xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qallant Livanla sərhəddə xidmət edən hərbçilərlə görüşündə deyib.
“Hizbullahla bölgədəki İsrail vətəndaşlarının təhlükəsizliyini təmin edən diplomatik razılıq əldə olunmalıdır. Əgər belə bir razılıq alınmasa, vətəndaşlarımızın təhlükəsizliyi üçün Hizbullaha qarşı güc yoluna əl atacağıq”, - nazir vurğulayıb.