AZ

Azərbaycanda ÜDM istehsalı artıb

2024-cü ilin iki ayında Azərbaycanda 18 milyard 576,9 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 10,1 % artıb.

ÜDM istehsalının 39,9 %-i sənaye, 9,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,5 %-i tikinti, 2,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 19,8 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,3 %-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 824,1 manata bərabər olub.
 
2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq  ümumi daxil məhsul istehsal olunub.  
 
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
 
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
 
Aytac Zeynalova

www.anews.az
Seçilən
332
2
anews.az

2Mənbələr