AZ

Rusiyanın ilk elektrik avtomobili Çin və Türkiyə hissələrindən yığılacaq

Rusiyanın ilk elektromobili "Atom" üçün avtomobil komponentləri və ehtiyat hissələri Çin, Hindistan, Türkiyə və Cənub-Şərqi Asiya ölkələrindən tədarük ediləcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Fesco nəqliyyat qrupunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, komponentlər Vladivostok, Sankt-Peterburq və Novorossiysk limanları vasitəsilə, həmçinin Çindən dəmir yolu ilə gətiriləcək.

"Buna nail olmaq üçün Fesco öz müntəzəm konteyner xidmətlərindən və aktivlərinin geniş imkanlarından istifadə etməyi planlaşdırır. Avtomobil hissələri üçün son çatdırılma məntəqəsi Moskvadakı "Atom” elektromobil istehsal edən zavod olacaq”, - deyə mətbuat xidməti qeyd edib.

Bundan əvvəl "Atom” avtomobillərinin istehsalının paytaxtdakı "Moskviç” zavodunda yaradılacağı bildirilirdi. İlk elektrik avtomobillər 2025-ci ilin ikinci yarısında salonlarda görünəcək. Ölçülərinə görə elektromobil hetçbek kuzovunda Lada Granta ilə müqayisə oluna bilər: uzunluğu 3995 mm, eni 1780 mm-dir. Klirensi 170 mm-dir, 17-19 düym arasında təkərlər nəzərdə tutulur. "Atom” ön tərəfdə tam müstəqil MacPherson dayaq asma və arxada çoxbucaqlı müstəqil asma alacaq.

Alpər

Seçilən
236
50
qaynarinfo.az

10Mənbələr