Tarix: 31 Mart 2024 21:52
Almaniyanın iqtisadiyyatı Ukrayna münaqişəsi fonunda iflasa uğramaq ərəfəsində idi, lakin problemlər bundan çox əvvələ gedib çıxır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu fikir "El Pais" qəzetində dərc olunan məqalədə deyilir.
Qeyd olunub ki, "Made in Germany" (Almaniyada istehsal olunub - qeyd.) sözünün erası başa çatmaq üzrədir - ölkənin sənaye istehsalı 2015-ci ildən bəri ümumilikdə 8% azalıb.
Nəşr qeyd edib ki, Ukraynadakı münaqişə Almaniyanın enerji tutumlu sənayesinə də ziyan vurub.
Məqalə müəllifinin fikrincə, iqtisadi tənəzzülün xüsusilə siyasətdə bir çox nəticələri var ki, bu da ölkədə 2025-ci ilə təyin edilmiş seçkilər zamanı vəziyyətə təsir göstərə bilər:
"Almaniyanın qonşularının bu ölkənin təchizat zəncirlərinə yüksək dərəcədə inteqrasiya olunduğunu nəzərə alsaq, Almaniyadakı böhranın həmişə Avropa böhranı olduğu aydınlaşır".
Qeyd edək ki, ölkənin ÜDM-si 2023-cü ildə əvvəlki illə müqayisədə 0,3% azalıb.
Milli.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta