Ermənistan indi Rusiyadan sifariş edilən silahları almır, bununla yanaşı, respublikanın KTMT-dən çıxması məsələsi qaldırılıb.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Son illər dünyada və xüsusən də regionumuzda təhlükəsizlik arxitekturası kəskin şəkildə dəyişib. Müqavilə öhdəliklərinə əməl edilmir”, - Qriqoryan bildirib.
Onun sözlərinə görə, indi silah və mexanizmlərin yeni tədarüklərini axtarmaq lazımdır.
Mənbə: press.az
Digər SİYASƏT xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az