İran prezidenti İbrahim Rəisi və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahianın faciəvi ölümündən sonra Rusiya ilə əməkdaşlığa yanaşmalarını dəyişməyəcək, İran hakimiyyəti qarşılıqlı strateji əməkdaşlığın bütün prioritetlərini qoruyacaq.
Editor.az bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib: “Rusiya ilə İran arasında münasibətlər müəyyən beynəlxalq şəraitdə iki dövlətin maraqlarına əsaslanıb, biz Rusiya ilə ikitərəfli və regional strateji əməkdaşlığı davam etdiririk”, – Naser Kənani vurğulayıb. Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, respublika Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Rusiya ilə əlaqələri inkişaf etdirmək niyyətindədir və bu, hər iki tərəf üçün prioritetdir.
Çünki ticarət dövriyyəsini genişləndirmək və iqtisadi qarşılıqlı əlaqələri intensivləşdirmək potensialı mövcuddur. İki ölkə arasında iqtisadi və ticari əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ümumi istək var.
//Samir Qurbanov, Editor.az