AZ

"Antiterror əməliyyatında 192 hərbçi şəhid olub, 500-dən çox yaralı var", - Azərbaycan Səhiyyə Nazirliyi

Azərbaycan sentyabrın 19-20-də Qarabağda aparılan "antiterror əməliyyatları"nda 192 hərbçisinin həlak olduğunu açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyi Qarabağda həlak olmuş 180 hərbçisinin adını açıqlayıb, 500-dən çox yaralı var.

Müdafiə Nazirliyin bu açıqlaması Azərbaycan-Ermənistan arasında 3 il əvvəl, sentyabrın 27-də başlamış və 44 gün sonra başa çatmış İkinci Qarabağ müharibəsində həlak olan azərbaycanlı hərbçi və mülki şəxslərin Anım gününə təsadüf edir.

Çərşənbə günü Azərbaycan Səhiyyə Nazirliyi bildirib ki, 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir.

Azərbaycanın əməliyyatları zamanı erməni tərəfindən azı 200 nəfərin həlak olduğu deyilir, onlardan 13-ü uşaqdır, separatçı qurum açıqlayıb.

Sentyabrın 19-u günün birinci yarısında Qarabağda dördü polis əməkdaşı, ikisi mülki şəxs olmaqla altı nəfər Xocavənddə eyni istiqamətdə mina partlaması nəticəsində həlak olduqdan sonra Azərbaycan bunu "terror aktı" adlandıraraq elə həmin gün hərbi əməliyyatlara başlayıb.

24 saat çəkən "antiterror əməliyyatları" Qarabağdakı separatçı hakimiyyətin təslim olmasından sonra dayandırılıb.

Bundan sonra Qarabağdakı erməni birləşmələrinə məxsus olduğu deyilən silah-sursat və hərbi texnikanın təhvil verilməsinə başlanılıb.

Sosial şəbəkələrdə Azərbaycan ordusunun Xocalı, Ağdərə, Xocavənd ərazilərinə Azərbaycan bayrağını sancmasını göstərən video görüntülər yayılıb.

Hərbi əməliyat zamanı Yerevan Azərbaycanı Qarabağda "etnik təmizləmə" aparmaqda ittiham etsə də, Bakı bu ittihamları rədd edib.

Prezident İlham Əliyev bildirib ki, əməliyyat zamanı yalnız hərbi infrastruktur hədəfə alınıb.

Sonuncu Qarabağ əməliyyatlarından sonra rəsmi Bakı etnik ermənilərin təhlkəsizliyinə zəmanət versə də və Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağda erməni sakinlər üçün təhlükəli vəziyyətin olmadığını desə də, yerli əhalinin çoxu oranı tərk etməyə üstünlk verib.

Eyni zamanda rəsmi Bakı ilə Qarabağ ermənilərinin təmsilçiləri arasında təmaslar qurulub, tərəflər iki dəfə - Yevlax və Xocalıda görüşərək erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı planları müzakirə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
276
bbc.com

1Mənbələr