AZ

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu gecə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində (paytaxtın Qaradağ rayonundakı DYP postu yaxınlığında) nəqliyyat vasitələrinin hərəkəti 15-20 dəqiqə müddətində məhdudlaşdırılacaq. 

Demokrat.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, buna səbəb elektron tərəzi işləri ilə əlaqədar yolun üzərində metal konstruksiyanın quraşdırılması və təhlükəsizliyin təmin edilməsidir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
49
demokrat.az

10Mənbələr