AZ

Mediatorlar Gəncəd' konfransda iştirak edib

Mediatorlar Gəncə şəhərində "Zorakılığa məruz qalmış region qadınlarının sosial sahibkarlıq bacarıqlarınınartırılması" layihəsi çərçivəsində təşkil olunan konfransda iştirak edib Avropa İttifaqı, BMT və Təmas RİİB-in təşkilati dəstəyi ilə keçirilən konfransda dövlət orqanları nümayəndələri ilə yanaşı Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov, Gəncə 2 saylı Mediasiya Təşkilatının rəhbəri Anar Abdullayev, Bakı 12 saylı Mediasiya Təşkilatının rəhbəri Sevda Məhərrəmova, Goranboy 1 saylı Mediasiya Təşkilatının rəhbəri Vüsalə Tağıyeva iştirak edib.Çıxış edən Nadir Adilov mediasiya prosesləri barədə məlumat verib və gələcək perspektivlərdən danışıb. Bakı 12 saylı mediasiya təşkilatının rəhbəri, Qadın Vəkillər Alyansının üzvü Sevda Məhərrəmova da çıxış edərək qadın vəkillərin ödənişsiz hüquqi yardım layihələri barədə məlumat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
businesstime.az

1Mənbələr