AZ

Putin 24 ildən sonra Şimali Koreyaya gedir

Rusiya prezidenti Vladimir Putin bu gün 24 ildən sonra Şimali Koreyaya gedəcək.

Bizim.Media "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, səfər 18-19 iyun tarixlərini əhatə edəcək.

Putinin köməkçisi Yuri Uşakov iyunun 17-də jurnalistlərə açıqlamasında bildirib ki, səfərin əsas hissəsi ikinci gündə olacaq. Onun sözlərinə görə, görüş həm dar, həm də geniş tərkibdə keçiriləcək.

Putinin həmin səfərin ardınca Vyetnama iki günlük rəsmi səfəri gözlənilir.

Xatırladaq ki, hər iki ölkənin prezidentləri ötən ilin sentyabrında Rusiyanın Vladivostok şəhərində görüşüblər. Həmin görüşdə Şimali Koreya lideri Kim Çen In Putini ölkəsinə dəvət edib.

Qeyd edək ki, Rusiya lideri sonuncu dəfə 2000-ci ilin iyulunda Şimali Koreyada olub.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
bizim.media

10Mənbələr