AZ

Cənub bölgəsinə gedəndə "İrana xoş gəlmisiniz!" mesajı gəlməyib - AÇIQLAMA

75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə həmkarı Sabir Rüstəmxanlıya cənub bölgəsində "Azercell" tərəfindən "İrana xoş gəlmisiniz!" mesajının göndərilməsinə münasibət bildirib.
 C.Paşazadə Pravda.az-a açıqlamasında deyib ki, o, Lənkaran ərazisində belə halla qarşılaşmayıb.
 "Bu məsələ hər zaman aktual olub. Cənub bölgəsində radio, televiziya kanallarına da İran dalğaları həmişə qarışıb. Biləsuvarı keçəndən sonra bizim radio tezliklərini İran dalğaları əvəzləyir. Bir neçə dəfə mən də bu məsələni qaldırmışam ki, yerli tezlikləri gücləndirmək, sabitləmək lazımdır. Lakin Cənub bölgəsinə gedəndə "Azercell" tərəfindən mənə "İrana xoş gəlmisiniz!" mesajı gəlməyib. Belə bir halla qarşılaşmamışam, nə də şahidi olmamışam, eşitməmişəm. Ola bilsin, Sabir müəllim bu vəziyyətlə qarşılaşıb", - deputat deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
2
businesstime.az

3Mənbələr