AZ

Şimali Koreya Ukraynaya ORDU GÖNDƏRİR – III Dünya Savaşı artıq başlayıb, bundan sonra isə...

Almaniyalı köşə yazarı Yurgen Naudit bildirib ki, Prezident Kim Çen İn Şimali Koreya ordusunun mühəndis hissələrini Ukraynaya göndərməklə Rusiya prezidenti Vladimir Putinə dəstək verəcək.

Nauditin sözlərinə görə, Qərb buna cavab olaraq yalnız şifahi etirazını bildirəcək:

“Şimali Koreya bəyan etdi ki, Rusiya Silahlı Qüvvələrinin tərəfində olacaq. Və Rusiya ilə KXDR arasında hərbi ittifaqın bir hissəsi olaraq Pxenyan Donetskə mühəndis qrupları göndərəcək. Bu, gələn ay baş verəcək”.

Cənubi Koreyanın "TV Chosun” telekanalı da ölkə rəsmisinə istinadən məlumat verib ki, Şimali Koreya bu ilin iyulunda işğal olunmuş Donetsk vilayətində "bərpa işlərində” iştirak etmək üçün hərbi tikinti və mühəndis qüvvələrini göndərəcək.

Şimali Koreya ordusunun 10 mühəndis briqadası var və Chosun TV-nin hesablamalarına görə, Şimali Koreya işğal olunmuş Ukraynaya üç və ya dörd mühəndis briqadası göndərərsə, Rusiyadan hər il 115 milyon dollara qədər pul ala bilər.

Şimali Koreya qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı məlumatı şərh edən Pentaqon isə bu prosesin mütləq izlənilməli olduğunu deyib.

Bu fonda görünən odur ki, Ukrayna savaşı dünya müharibəsinə çevrilməyə doğru gedir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirir ki, Qərbin bu məsələdə Şimali Koreyaya etiraz etməsi o qədər də məntiqli görünmür:

“Mühəndis istehkam bölmələri ərazinin mina və digər partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirir. Həmçinin, müdafiə qurğularının quraşdırılmasını həyata keçirirlər. Yəni onlar hücum əməliyyatı həyata keçirən, Rusiya tərəfində döyüşən bölmələr deyil. O baxımdan Qərbin bu məsələdə Şimali Koreyaya etiraz etməsi o qədər də məntiqli görünmür. Şimali Koreyanın öz maraqları var və onun Ukrayna müharibəsində Rusiyanın mövqeyini dəstəkləməsi Pxenyanın siyasi-hərbi maraqları kontekstində məntiqlidir”.

Ekspert hesab edir ki, Moskva ilə Pxenyan arasındakı bu əməkdaşlıq bir qədər də dərinləşə bilər:

“Qərbin də narahatlığı məhz bununla bağlıdır. Şimali Koreyanın bir sıra silahlarının Rusiya ordusu vasitəsilə real hərbi əməliyyatlarda istifadəsi də inandırıcı görünür”.

Həmsöhbətimiz deyir ki, qəbul etsək, etməsək də müharibə artıq real olaraq dünya müharibəsidir:

“Dünya ölkələri bu və ya digər formada müharibənin tərkib hissəsinə çevrilib. Real, aktiv olaraq, yaxud da iqtisadi müstəvidə. Vəziyyət ciddi narahatlıq yaradır. Bundan sonra prosesin hansı formada inkişaf edəcəyini indidən söyləmək mümkündür. Şərq və Qərb düşərgələri artıq real tərəfdarlarını müəyyənləşdirib”.

Seçilən
146
1
turkustan.az

2Mənbələr