AZ

Erkən evliliyə daxil olmağa məcbur etməyə görə cəza müəyyən edilir

Bakı. Trend:

Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etməyə görə cəzamüəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən Cinayət Məcəlləsinə təklifolunan dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəllənin 176-1-ci maddəsinin (Qadınınikaha daxil olmağa məcbur etmə) adı dəyişdirilərək “Nikaha və yaerkən evliliyə daxil olmağa məcbur etmə” edilir.

Nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcburetmə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və yadörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasıtəklif edilir.

Bu Məcəllənin 176-1 və 176-2-ci maddələrində “erkən evlilik”dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailəqurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
27
az.trend.az

10Mənbələr