Sankt-Peterburq Beynəlxalq Xammal Birjasında (SPİMEX) Aİ-95 markalı benzinin qiyməti həftə ərzində 7 faizdən çox artıb. Təkcə cümə günü Rusiyanın Avropa hissəsinin ərazi indeksinə görə Aİ-95 markalı benzinin qiyməti cümə axşamı ilə müqayisədə 1,74 faiz artaraq bir ton üçün 63 416 rubl təşkil edib.
Viral.az Publika.az-a istinadən xəbər verir ki, Aİ-92 markalı benzin sutkada 1,85 faiz bahalaşaraq ton üçün 52 525 rubl təşkil edib. Bununla yanaşı, ötən cümə günü ilə müqayisədə Aİ-92-nin qiyməti 1,5 faiz, Aİ-95-in qiyməti 7,1 faiz artıb.
Eyni zamanda, dizel yanacağı cümə günü 0,13 faiz, cəmi bir həftə ərzində isə 0,7 faiz ucuzlaşaraq ton üçün 59 822 rubl təşkil edib.
Mayeləşdirilmiş karbohidrogen qazlarının (LPG) qiyməti 0,46 faiz artaraq bir ton üçün 22 614 rubl, təyyarə yanacağının qiyməti 2,67 faiz artaraq 78 683 rubl təşkil edib. Eyni zamanda, bir ton mazut 0,05 faiz ucuzlaşaraq ton üçün 28 823 rubl təşkil edib.
Qeyd edək ki, Rusiya hökuməti benzinin ixracına qoyulan müvəqqəti qadağanı iyunun 30-dək dayandırıb, lakin iyulun 1-dən avqustun 31-dək qadağa tətbiq olunmağa davam edə bilər. Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib ki, Nazirlər Kabineti mövcud vəziyyətə əsaslanaraq yekun qərarı iyunun sonunda verəcək.
Xatırladaq ki, Rusiyanın Energetika Nazirliyi iyunun 14-də “RİA Novosti”yə bildirib ki, dizel yanacağının qeyri-istehsalçılar tərəfindən ixracını qadağan etmək üçün tədbirlər hazırlanır. Bunlara treyderlər, neft bazaları və istehsal gücü ildə 1 milyon tondan az olan müəssisələr daxildir. Oktyabr ayında Rusiya hökuməti resellerlərə qarşı qoruyucu rüsum tətbiq etdi – ton üçün 50 min rubl.
Qeyd edək ki, 1000 Rusiya rublu 19 manat 90 qəpik təşkil edir.
a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }