Bakı. Trend:
Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmışSus kəndində ilk körpə dünyaya gəlib.
Trend xəbər verir ki, körpənin valideynləri – Anar və LamiyəYolçulular bu ilin mayında doğma yurda qayıdıb və burada onlaraverilən fərdi evdə daimi məskunlaşıblar.
Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailəninövladlarıdır.
“Biz məcburi köçkünlüyün çətinliklərini görmüş ailələrdənik.Ancaq həmişə dövlətimizin, Prezident İlham Əliyevin, Birincivitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı iləəhatə olunmuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bizimdə həyatımızda yeni bir dövr başlandı. Dövlətimizin başçısınıntapşırığı ilə yeni salınan Sus kəndində gənc ailə kimi bizə də evverildi. Doğma yurda dərin minnətdarlıq hissi, böyük arzularlaqayıtmışıq … Əminik ki, özümüz də, oğlumuz da Susda daim xoş günləryaşayacağıq”, – deyən Anar Yolçulu qardaşı ilə birlikdətorpaqlarmızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlükVətən müharibəsində iştirak edib.
Onun atası Nüsrət isə birinci Qarabağ müharibəsininveteranıdır.