AZ

İran artıq Zəngəzur dəhlizinə qarşı deyil: Pezeşkianın Cənubi Qafqaz siyasəti...

"İranın Ermənistandakı səfiri Mehdi Sübhani Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqdıqlarını Azadlıq radiosunun erməni xidmətinə müsahibəsində qeyd edib. Halbuki İranın İrəvanda səfiri M. Sübhani daima anti-Azərbaycan ritorikasından çıxış edərək, Zəngəzur dəhlizinə qarşı olduğunu vurğulayırdı. Səfirin mövqeyini dəyişməsi, əsasən, İranda yeni prezidentinin Azərbaycanla və Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət mövqeyindən irəli gəlir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, bu gündən Azərbaycan İranda səfirliyinin fəaliyyətini bərpa edib: "İkitərəfli əlaqələrda müsbət dinamika var. İranın yeni adminstrasiyası çalışacaq ki, münasibətləri inkişaf etdirsin. İranın xarici siyasət doktirinasında Azərbaycan İranın suverenliyi üçün təhlükə hesab edilir. Bu xətdən imtina edilməsi gözlənilmir. Regionda yeni siyasi və münasibətlər sistemi formalaşır.Tehran Azərbaycanla əlaqələri normallaşdırmağa məcburdur. Ermənistanın Qərblə əlaqələri və ABŞ hərbçilərini ölkəyə dəvət etməsi, Tehranın İrəvan siyasətinin fiaskodudur".

Türkan,

Sitat.info

Seçilən
178
2
sitat.info

10Mənbələr