AZ

Qurban Qurbanov: "Qeydə alınan hesab bizi aldatmamalıdır"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına danışıb. 

Sportal.az xəbər verir ki, o, Avstriyadakı təlim-məşq toplanışının son günündə “Slaven Belupo”  (1:0) və “Şabab Əl-Əhli”yə (5:2) qarşı keçirilmiş matçları və hazırlıq prosesini dəyərləndirib:

“Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. Hazırlıq prosesinin sonluğu da yaxşı alındı. Bugünkü matçlar da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Hesab bizi aldatmalı deyil. İki çox yaxşı komandaya qarşı oynayırdıq. “Şabab Əl-Əhli”nin baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli mütəxəssis Avropa Liqasında rəqibimiz olan “Fiorentina”nı çalışdırırdı. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
22
sportal.az

10Mənbələr