AZ

Xaricdən gətirilən avtomobillər 5 min manatadək - BAHALAŞIB - QİYMƏTLƏR

Bu ilin yanvar-iyun aylarında xaricdən Azərbaycana ümumilikdə 779 milyon 364 min dollar dəyərində 42 min 335 ədəd avtomobil gətirilib.

FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 min 38 ədəd və ya 13% azalıb, dəyəri  baxımından 26 milyon 60 min dollar və ya 4% artıb.

2023-cü ilin müvafiq dövründə Azərbaycana 753 milyon 305  min dollar dəyərində 48 min 373 ədəd avtomobil idxal edilib.

    Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 410 dollar (31 min 296 manat), ötən ilin eyni dövründə isə 15 min 573 dollar (26 min 474 manat) olub. İdxal qiyməti son bir il ərzində 2  min 837 dollar (4 min 822 manat), yəni 20% artıb

    Hesabat dövründə idxal olunan avtomobilərin 6 milyon 400 min dollar dəyərində 103 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 683 milyon 191 min dollar dəyərində 38 min 8 ədədi minik avtomobilləri, 266 milyon 126 min dollar dəyərində 8 min 959 ədədi hibrid, 62 milyon 214 min dollar dəyərində 1 505 ədədi elektromobillər, 68 milyon 337 min dollar dəyərində 4 min 3 ədədi yük, 21 milyon 436 min dollar dəyərində 221 ədədi isə xüsusi təyinatlı avtomobillər olub.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    20
    5
    fed.az

    7Mənbələr