AZ

Sifarişə mobil tətbiqdə qeyd olunan maşınla gəlməyən Bolt sürücülərini nə GÖZLƏYİR?

Son vaxtlar müştərilər Bakıda Bolt sürücülərinin sifarişə mobil tətbibqdə qeyd olunan maşınla gəlmədiklərindən şikayətlənirlər.

Bəs sürücülərin bu addımına səbəb nədir?

Məsələ ilə bağlı Bizim Media- ya açıqlama verən Yasin Mustafayev bunun ciddi qanun pozuntusu olduğunu bildirib:

“Azərbaycanda 11 minə yaxın nəqliyyat vasitəsi taksi kimi fəaliyyət göstərmək üçün qeydiyyatdan keçib. Ola bilsin ki, özü qeydiyyatdan keçə bilməyən bəzi sürücülər hər hansı yaxınlarının qeydiyyatlı maşını ilə sürücü kimi fəaliyyət göstərməyə cəhd edir. Bu, qanunvericilikdə qadağandır. Taksi fəaliyyəti ilə bağlı aparılan islahatlarda göstərilir ki, sürücülər həm buraxılış kartını, həm buraxılış vəsiqəsini almalıdırlar. Buraxılış vəsiqəsi sürücüyə, buraxılış kartı isə nəqliyyat vasitəsinə verilir. Əgər nəqliyyat vasitəsinin adı başqasınındırsa, sürücünün buraxılış vəsiqəsi yoxdursa, taksi gələrkən fərqli-fərqli adamlar onu idarə edirsə, bu ciddi qanun pozuntusudur”

Ekspert bildirib ki, belə hallarla rastlaşan vətəndaşlar AYNA- nın qaynar xəttinə məlumat verməlidirllər.

Bu tətbiqləri nə polis, nə də AYNA ciddi izləyə bilməz. Belə hallarla rastlaşan vətəndaşlar mütləq AYNA -nın qaynar xəttinə bildirməlidirlər ki, tədbir görülsün. Çünki qarşısı alınmasa, vəziyyət daha da pisləşəcək.

Çiçək Sadatova, Bizim.Media

Seçilən
183
3
bizim.media

10Mənbələr