İranın Sistan-Bəlucistan əyalətinin Bəmpur şəhərində polis patruluna hücum nəticəsində bir polis əməkdaşı ölüb, 4-ü yaralanıb.
Cebhe.info “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran baş polis qüvvələri komandanı Əhmədrza Radan bildirib.
Məlumata görə, noyabrın 2-də gecə saatlarında 12-ci polis patrul xidmətinə hücum olub. Polis əməkdaşlarına hücumu “Ceyş əl-Zalm” adlı qruplaşmanın həyata keçirdiyi ehtimal olunur./“Report”
Cebhe.info