Ermənistanın baş naziri Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakına dəvət məsələsinə toxunacaq.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzetinə Ermənistan hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr İdarəsindən məlumat verilib.
“Biz Ermənistan baş nazirinin Bakıya gedərək COP29 konfransında iştirak edib-etməyəcəyi ilə maraqlanmışıq. Baş nazir bu mövzuya avqust ayında keçiriləcək mətbuat konfransında toxunacaq”, – məlumatda bildirilib.