Azərbaycanda gənc müğənni faciəvi şəkildə ölüb.
Kulis.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Bakıda baş verib. 24 yaşlı Tağıyeva Həmidə Elşən qızı yanıq xəsarətləri alaraq, dünyasını dəyişib.
Onun ölümü ilə bağlı sosial şəbəkələrdə bir sıra iddialar səsləndirilir. İlkin versiyaya görə, onu qəsdən yandırıb öldürüblər. Digər iddia isə xanım müğənninin intihar etməsidir.
Başqa bir versiyaya görə, o, ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. Bunlarla yanaşı mərhumun avtoqəza zamanı yanaraq ölməsi barədə də fikirlər bildirilir.
Məlumata görə, mərhum müğənni Bərdə rayon sakini olub. O, Mingəçevir şəhərində təhsil alıb. İllər öncə Bakıya köçərək, kafe və restoranlarda müğənnilik edib.