AZ

Bakıda 51 yaşlı kişi qətlə yetirildi - Yenilənib

Avqustun 4-də saat 01:00 radələrində paytaxtın Nəriman rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.Belə ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.Araşdırma aparılır.***Avqustun 4-də saat 01:00 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.Hikmət Muxtarov iş üzrə  şübhəli şəxs qismində tutulub.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
21
regionxeberlericom.az

10Mənbələr