AZ

Ən yüksək orta aylıq əməkhaqqı hansı ölkələrdə verilir?

Ən yüksək orta əməkhaqqı verilən ölkələrin reytinqində birinci yeri İsveçrə tutub.

Paralel.az bildirir ki, bu barədə "Finansı Mail" portalı "Ceoworld" jurnalının hesabatına istinadən məlumat verib.

Bu ölkədə 2023-cü ildə orta aylıq əməkhaqqı 8 111 dollar (təxminən 13.8 min manat) olub. İkinci yerdə 6 633 dollarla (təxminən 11.3 min manat) Lüksemburq, üçüncü yerdə isə 6 455 dollarla (təxminən 11 min manat) ABŞ qərarlaşıb.

Eyni zamanda, saatlıq əməkhaqqı baxımından ilk üçlük fərqli görünür. Birinci yerdə İslandiya - 54.84 dollar (93.16 manat), ikinci Lüksemburq - 53.15 dollar (90.27 manat) və üçüncü yerdə İsveçrə - 47,75 dollar (81.09 manat) qərarlaşıb. Bunun səbəbi bəzi ölkələrdə iş saatlarının sayının daha yüksək nisbətdə aşağı olmasıdır.

Yaşayış dəyəri indeksini də nəzərə almağa dəyər. Məsələn, İsveçrə sakinləri belçikalılara nisbətən saatda 12% daha çox qazanırlar, lakin sonuncular daha az vergi xərclərinə malikdirlər və ümumiyyətlə, yaşayış minimumu demək olar ki, iki dəfə aşağıdır. Belə çıxır ki, Belçikada rifah səviyyəsi İsveçrədən yüksəkdir.(oxu.az)

Seçilən
94
16
paralel.az

10Mənbələr