AZ

Bakıda ağır qəza: Avtobus 10-dan çox maşına çırpıldı – VİDEO

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

TEMPİNFO xəbər verir ki, Yeni Yasamal adlanan ərazidə avtobus hərəkətdə olan və yol kənarında dayanan avtomobillərə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib. “oxu.az” bildirib ki, əraziyə Dövlət Yol Polisi (DYP), Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və təcili yardım briqadası cəlb olunub. “Baku.ws”in məlumatına görə, sözügedən avtobus 165 nömrəli marşrut üzrə hərəkət edirmiş.

Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
20
tempinfo.az

10Mənbələr