AZ

Səkkiz gün erməni girovluğunda qalmışdı: Dürdanə Ağayeva vəfat edib

Xocalı soyqırımı şahidi, səkkiz gün erməni girovluğunda qalan Dürdanə Ağayeva dünyasını dəyişib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər.

Bildirilir ki, Dürdanə Ağayeva uzunsürən xəstəlikdən sonra vəfat edib. O, dörd ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, səkkiz gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub.

D. Ağayeva əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.

 

Seçilən
80
38
buta.media

10Mənbələr