AZ

Azərbaycanda sabiq deputat vəfat etdi

“Ərgünəs” nəşriyyatının direktoru, yazıçı-publisist və naşir Oktay Əliyev (Oktay Ərgünəş) vəfat edib.

Yenicag.az xəbər verir ki, o, 78 yaşında xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Bəndalı oğlu Əliyev 1946-cı ildə Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olub. O, Pedaqoji İnstitutda və Tibb texnikumunda təhsil alıb. 1973-cü ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1966-cı ildə “Sosialist Sumqayıtı” şəhər qəzetində jurnalistlik fəaliyyətinə başlayan Oqtay Əliyevüç il sonra “Araz” qəzetində işə başlayıb və qısa müddət sonra redaktorun müavini olub.

1985-ci ildən Mətbuat və İnformasiya Nazirliyi nəzdində Füzuli rayonlararası birləşmiş mətbəələr birliyinin baş direktoru vəzifəsində çalışıb, 1997-ci ildə isə yeni nəşrə başlayan “Qayıdış” qəzetinin redaktoru, “Nigar-Ə”, “Vüqar-Ə” nəşriyyat-poliqrafiya müəssisələrinin direktoru olub.

Oqtay Əliyev Füzuli Şəhər Sovetinin və Füzuli Rayon Sovetinin deputatı, Füzuli Rayon Partiya Komitəsinin üzvü seçilib.

O.Əliyev Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.

Seçilən
90
39
yenicag.az

10Mənbələr