AZ

Vəzifəli şəxs qəfil öldü

Azərbaycan Kooperasiya Universitetinin Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qurbanova qəfil vəfat edib.



O, 62 yaşında dünyasını dəyişib.



Qeyd edək ki, Gülnarə İbrahim qızı Qurbanova 1962-ci il 16 iyul tarixində Bakı şəhərində anadan olub. 13 saylı məktəbdə orta təhsil alıb. 1979-1983-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya ixtisası üzrə ali təhsil alıb. 1985-ci ildən pedaqoji fəaliyyətə başlayıb.



2014-cü ildə «Tərəqqi» medalına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetinin «Bizim qəzet» aylıq ictimai-siyasi qəzetinin baş redaktoru, monoqrafiya, dərs vəsaiti və onlarla proqramın müəllifi idi. Respublika mətbuatında mütəmadi olaraq məqalələrlə çıxışlar edirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
34
ictimaimedia.az

10Mənbələr