AZ

Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO

Tanınmış həkim-rentgenoloq, tibb elmləri namizədi Qulam İbrahimov vəfat edib.

"Cebheinfo.az" qaynarinfo-ya istinadən xəbər verir ki, o, 71 yaşında xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Qulam Məşədi Əli oğlu İbrahimov Ordubad rayonunda anadan olub. O, 1971-1978-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsində təhsil alıb.1985-1998-ci illərdə aspirantura təhsilinə yiyələnib. 1990-cı ildən tibb elmləri namizədidir. O, Mərkəzi Klinikada həkim-rentgenoloq vəzifəsində çalışırdı.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
29
cebheinfo.az

10Mənbələr