AZ

ETX Azərbaycan-Fransız Universiteti ilə Anlaşma Memorandumu İMZALADI

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” publik hüquqi şəxsi nəzdində Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında 8 avqust 2024-cü il tarixində Anlaşma Memorandumu imzalanıb.

Musavat.com nazirliyə istinadən xəbər verir ki, memorandumun əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.

Əməkdaşlıq çərçivəsində ETX-nin UFAZ-da təhsil alan tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil etməsi, həmçinin qurum nümayəndələrinin universitet tərəfindən təşkil edilmiş tədbirlərdə qonaq spiker qismində çıxış etməsi nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
13
musavat.com

10Mənbələr