AZ

Əbədiyaşar liderimiz Heydər Əliyev və Zərifə xanım Əliyevaya minnətdarıq ki, daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər- Könül Nəbizadə - Vətən Naminə

">

Belə insanların məhşur ailələrin üzvləri olması isə onların həyatlarının, bir-birinə və övladlarına olan münasibətlərinin hər zaman bir örnək kimi qəbul edilməsinə səbəb olur. Azərbaycan xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. O özü də qeyd edirdi ki, gənc yaşlarından həyatı dövlət işi ilə bağlı olubdur: “Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətləçalışmağımda, hesab edirəm ki, ailəvəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərindəişlə məşğul olduğuma görə ailə məsələlərinəfikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib. Milli, maddi vəmənəvi dəyərlərimizi təbliğ etmək və gənc nəsillərə ötürmək xalqımızın gələcəyi üçün çox  böyük əhəmiyyətə malikdir.

   Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın problemləri vəhaqlarının müdafiəçisinə çevrilmişdir. Onun qadınlara olan münasibəti ailə həyatında, həyat yoldaşının timsalında da açıq aşkar bilinirdi. Zərifə xanım Əliyevaya verdiyi yüksək dəyər heç kimin diqqətindən yayınmazdı. Hər kəs onların bir-birilərinə necə qarşılıqlı hörmət münasibəti bəslədiklərinin şahidi olmuşdur. Ulu Öndər 2001-ci il aprelin 28-də Zərifə xanımın xatirəsinə həsr olunmuş gecədə söylədiyi bir fikri xatırlatmaq yerinə düşərdi: ….Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifəxanım sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan,böyüdən bir fədakar insan kimi qəlblərdə yaşayır.

    Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkəmizdə uğurla həyata keçirilən Gender siyasəti, qadınların hüquq vəazadlıqlarının qorunması, məişət zorakılıqlarının qarşısının alınması sahəsindəölkəmizdə həyata keçirilən tədbirlər danılmazdır.

  Azərbaycan Respublikasının 1995-ci ildəqəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratdı. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəməqarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.  

    Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycan Respublikasında dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib.  

    Bu  gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun  prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınını nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı peşəkar siyasətçi humanist Azərbaycan qadın obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydr Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Fond Azərbaycan xalqının öz böyük siyasətçisi Heydər Əliyevin xatirəsinəehtiramını ifadə etmək arzusu və istəyinin nəticəsidir, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zəruridir Ümumilli Liderin zəngin irsinin daha da dərindən və hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və Azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir.

   Biz bu, ailəyə Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar  yetişdirmişlər. Yüksək  keyfiyyətlərin mövcud olduğu belə bir ailədəİlham Əliyev kimi övladın böyüyüb boya başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
47
vetennamine.az

1Mənbələr