AZ

PAŞA Kapital İnvestisiya Şirkəti 10 ildir sektorun dəyişilməz lideridir

10 ildən artıq fəaliyyət dövrü ərzində ölkənin kapitalbazarlarının inkişafında xüsusi rolu olan və illərdir lidermövqeyini qoruyan “PAŞA Kapital” bu ilin II rübününnəticələrinə əsasən yenə də kapital bazarlarınınbirincisidir.

Belə ki, investisiya şirkəti həm dövriyyə həcmi, həm də qiymətlikağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksərseqmentləri üzrə ilk pillədə qərarlaşıb.  

Bakı Fond Birjası tərəfindən 2024-cü ilin iyul ayı üzrəaçıqlanan hesabata əsasən "PAŞA Kapital" 16 milyard 445milyon manatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının əniri investisiya şirkəti olaraq mövqeyini daha dagücləndirib. Həmçinin hesabat dövrü ərzində şirkət MərkəziBankın notları, Dövlət istiqrazları, Repo bazarları üzrə aparılanəməliyyatların həcminə görə yerli bazarın lideri kimifərqləndirilib.

Kapital bazarları üzrə fəaliyyətini uğurla davam etdirən "PAŞAKapital İnvestisiya Şirkəti” QSC-nin ötən ilin müvafiq dövrü iləmüqayisədə repo əməliyyatları üzrə ticarət həcmində167%Maliyyə Nazirliyinin istiqrazları üzrə isə34% artım qeydə alınıb. Həmçinin, korporativistiqrazların dövriyyəsi sözügedən dövrü üzrə 556milyon manat təşkil etmişdir, bu da öz növbəsində 190%artım deməkdir. Onu da qeyd edək ki, şirkətin ümumi dövriyyə həcmikeçən ilin iyul ayı ilə müqayisədə 105%çoxdur.

Şirkət yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi vəkorporativ müştərilərə investisiya xidmətləri, eləcə də brokerlik,portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri vətədqiqat, həmçinin marja ticarəti sahəsində öz xidmətlərini təklifedir. Belə ki, "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, gələcəkillər üçün də investisiya xidmətlərinin daha geniş investor kütləsiüçün əlçatan olmasını əsas prioritet istiqamət olaraqmüəyyənləşdirmişdir.

"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti, həmçininxidmət və məhsulları haqqında daha ətraflı məlumatla https://www.pashacapital.az/rəsmi internet səhifəsindən tanış ola və ya 1548 nömrəsi ilə əlaqəsaxlaya bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
4
az.trend.az

5Mənbələr