AZ

Naxçıvanda əmlakla bağlı vətəndaş müraciətlərinin sayı artıb

Naxçıvanda

Naxçıvan, 12 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fəaliyyət sahələrində innovasiyaların tətbiqi, elektron xidmətlər sferasının genişləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində işlər davam etdirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin yanvar-iyul ayları ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 3136 elektron xidmət göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 2368 və ya 4,1 dəfə çox olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
7
azertag.az

9Mənbələr