Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 11,4 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 53,5% artıb.

Hesabat dövründə 6,1 milyon manatlıq dərmanlar istehsal olunub ki, bu, ötən ilin birinci yarısı ilə müqayisədə 31,7% artım deməkdir.
İyul ayının 1-nə 1,4 milyon manatlıq hazır məhsul ehtiyatı mövcuddur.