AZ

Uğurlara davam!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadə şəhid ailələri ilə görüşüb.

Deputatlığa namizəd Əlibala Məhərrəmzadə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova ilə birlikdə Vətən müharibəsi şəhidləri Həbibov Murad Asəf oğlu və Mehdiyev Surxay Zülfi oğlunun ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan Abidə kompleksinin önünə gül dəstələri qoyulub, Vətənin qəhrəman övladlarının xatirəsi ehtiramla yad edilib.

Deputatlığa namizəd Əlibala Məhərrəmzadə bildirib ki, dövlət səviyyəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir şəhid ailəsinə, qazilərə göstərdiyi diqqət, onların problemlərinə həssaslıqla yanaşmaları bizə bir nümunədir. Deputatlığa namizəd Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını çatdırıb. O, partiyanın avanqard siyasi qüvvə olaraq hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini, bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını və bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. 

Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Görüşlərdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova seçiciləri YAP-ın namizədi Əlibala Məhərrəmzadəyə səs verməyə çağırıb.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd yerlərdə bir qrup seçicilər ilə də görüşlərini davam etdirib.

Seçilən
40
2
sabahinfo.az

2Mənbələr