Abşeronun bəzi yerlərində yağış yağacaq, temperatur isə dəyişməz qalacaq. Havanın hərarəti Bakıda və yarımadada gecə 20-25° isti, gündüz 30-35° isti təşkil edəcək.
Bizim.Media xəbər verir ki, respublikanın dağlıq ərazilərində gündüz leysan və dolu gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək.
Bölgələrdə gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti proqnozlaşdırılır.
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26° isti, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta