AZ

Məhkəmə Fazil Qasımovun vəsatətini təmin etməyib

Bakı Ağır Cinayətlər Məhkəməsi Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı, hazırda saxta pul hazırlamaqda ittiham olunduğu üçün  həbsdə olan iqtisadçı Fazil Qasımovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. 
 
Məhkəmə cinayət işinin məhkəmə baxşışına verilməsi ilə bağlı qərar qəbul edib. 
 
Məhkəmə baxışı avqustun 29-na təyin edilib. 
 
Fazil Qasımov saxlandığı təcridxanada 60 günə yaxındır aclıq elan edir. 
 
Qasımovun vəkili Rövşanə Rəhimova müdafiə tərəfi iqtisadçının ev dustaqlığına buraxılmaması ilə bağlı apellyasiya şikayəti verdiyini bildirib. 

İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana aparılıb və Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Onun həbsinin analoji ittihamlarla üzləşən Qubad İbadoğlunun işi ilə bağlı olduğu bildirilir. 
 
Qubad İbadoğlu hazırda səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. 
 
Aytac Zeynalova


www.anews.az
Seçilən
51
2
anews.az

7Mənbələr