AZ

"Oba Market" barəsində protokol tərtib olundu

"Oba Market" MMC-yə cərimə protokolu yazılıb.
Marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsnin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol Sabunçu Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin baxış iclası avqustun 28-də keçiriləcək.
Protokol təsdiq olunsa, "Oba Market" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.E-Huquq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
2
businesstime.az

9Mənbələr