AZ

Azərbaycandan Türkiyəyə turist axını 500 min nəfəri ötüb

Bakı. Trend:

2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə Azərbaycandanxarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumisayı 23,1% artaraq 1 milyon 223 min nəfər olub.

Bu barədə Trend-ə DövlətStatistika Komitəsindən bildirilib.

Məlumata görə, İrana gedən Azərbaycan Respublikasıvətəndaşlarının sayı 37,8 faiz, Türkiyəyə gedənlərin sayı 19,3faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,2 faiz, Gürcüstanagedənlərin sayı 15,9 faiz artıb. Azərbaycan Respublikasıvətəndaşlarının 41,2 faizi ( 503 876 nəfər) Türkiyəyə, 21,4 faizi (261 722 nəfər) Rusiya Federasiyasına, 8,7 faizi ( 106 401 nəfər)Gürcüstana, 8,6 faizi ( 105 178 nəfər) İrana, 20,1 faizi ( 245 823nəfər) digər ölkələrə səfər edib. Gedənlərin 65 faizini kişilər, 35faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edənAzərbaycan Respublikası vətəndaşlarının 68,9 faizi hava, 28,9 faizidəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatındanistifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
16
az.trend.az

10Mənbələr