AZ

Nizami Süleymanov vəfat etdi - Foto

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Nizami Süleymanov vəfat edib.Bu barədə BDU-dan məlumat verilib.N.Süleymanov 1953-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1970-1975-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1975-1977-ci illərdə Elektron Sənayesi Nazirliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1991-ci ildə "Ümumi qeyri-lokal sərhəd şərtli Steklov tipli məsələlərin araşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. turbo az mercedesFizika-riyaziyyat elmləri namizədi, dosent N.Süleymanov 1978-ci ildən indiyədək BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında çalışıb. 60-dan çox elmi və metodik işin müəllifi idi.BDU kollektivi Nizami Süleymanovun vəfatından kədərləndiyini bildirib, ailəsinə dərin hüznlə başsağlığı verib.Allah rəhmət eləsin.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
42
regionxeberlericom.az

10Mənbələr