Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
"Unikal" xəbər verir ki, turun açılış matçında “Kəpəz” “Turan Tovuz”la üz-üzə gəlib. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarına 15-ci dəqiqədə Xəyal Nəcəfov, 19-cu dəqiqədə Roderik Miller, 61-ci dəqiqədə isə Kristian da Silva imza atıb.
Günün ikinci oyununda isə “Sumqayıt” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Səbail”i qəbul edəcək. Saat 20:30-da başlayacaq qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq.
Qeyd edək ki, III tura avqustun 18-də oynanılacaq “Neftçi” – “Sabah” görüşü ilə yekun vurulacaq.