Federal Ehtiyat Sistemi faiz dərəcələrini bazarın gözlədiyi qədər azaltmayacağı üçün dolların mövcud itkiləri məhdud ola bilər.
Banker.az-ın İnvestisiya bölməsi bunu “Swissquote Bank”ın analitiki İpek Ozkardeşkaya bildirir. O, bu barədə Wall Street Journal-a bildirib.
Dollar altı əsas valyuta səbəti qarşısında 7 ayın ən aşağı səviyyəsinə düşüb.
Ozkardeşkaya qeyd edir ki, FED-in sentyabr iclasında və ilin qalan hissəsində faiz endirimləri üçün bazar proqnozları hələ də həddindən artıq görünür.
“Bu səbəbdən dolların geri dönməsi mümkündür,” deyə o əlavə edir.
O, həmçinin EUR/USD və GBP/USD məzənnələrinin yüksəlmə potensialının məhdud olduğunu qeyd edib.
“FactSet”ə görə, DXY dollar indeksi 102.001 səviyyəsinə düşüb, EUR/USD yeddi yarım ayın ən yüksək səviyyəsi olan 1.1053-ə, GBP/USD isə bir aylıq maksimum olan 1.2970-ə çatıb.