AZ

17 Saylı Yasamal 3-cü Seçki Dairəsindən namizəd Aydın Əbilov şəhid anaları və qazilər, ictimai xadimlərlə möhtəşəm görüşü

Şəhid anaları və qazilər, ictimai xadimlər namizəd Aydın Əbilova xeyir-dua verdi.

19 avqust 2024-cü il tarixində qarşıdakı Milli Məclis seçkilərində 17 Saylı Yasamal
3-cü Seçki Dairəsindən etimadlı namizəd olaraq böyük siyasi qələbəyə aparan yolun növbəti mərhələsi: şəhid anaları, qazilər, onların ailə üzvləri, müharibə veteranları, eləcə də ictimai xadimlər layiqli namizəd olaraq Aydın Əhməd oğlu Əbilova öz səmimi xeyir-dualarını, ürək sözlərini, təkliflərini çatdırmaq uçun toplandilar!

Videolar:

https://www.facebook.com/Aydinxan.ebilli/posts/pfbid0Wnu558uLasJ7WepyHRF5NKi1MkgWt8FG1CuN7of2pjjvo6mo8spjpoBjcB5c6sXQl

https://youtu.be/4n9PqhHLvXQ?si=3JxYmkQatbi1jUgJ

https://youtu.be/4n9PqhHLvXQ?si=qtgmq50RihjBPs9T

Fotoalbom:

https://www.facebook.com/media/set/?vanity=Aydinxan.ebilli&set=a.10233996246304008

Tanınmışlar Aydın Əbilovun namizədliyini dəstəkləyirlər və seçkilərə səslənərək video müraciətlər edirlər.

Görüşdə çıxışçılar 17 Saylı Yasamal Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyi rəsmiləşdirilən Aydın (Xan) Əhməd oğlu Əbilovun ictimai vəkillikdən millət vəkilliyinə aparan şərəfli ömürü ilə buna haqq qazandırdığını vurğuladılar.

Səs verək ki, səsimiz hüququmuza çevrilsin!

Aydınlı sabahlara: Milli Məclisi beyin mərkəzinə çevirək!

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən layiqli namizəd…

Əbilov Aydın Əhməd oğlu (Aydın Xan) Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Analitik-İnformasiya Mərkəzinin rəhbərdir. O, eyni zamanda, iwww.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi və direktoru, www.yenimedia.net portalının baş redaktoru, www.youtube.com/c/YenimediaTVaz , www.facebook.com/Aydinxan.ebilli resurların sahibidir.

https://www.infocenter.gov.az/Hududlar/s=17

QHT sədrinin seçki platforması aşağıdakı əsas istiqamətlərdə fəaliyyətləri əhatə edir:

Qanunların aliliyi, məmur və varlıların özbaşınalığına son, sosial bərabərlik, intellektual inkişaf, elmi-texniki tərəqqi, elmlə təhsilə xüsusi diqqət və Azərbaycanın hüquqi dövlət kimi inkişafı naminə fəaliyyətləri genişləndirmək;
Şəhid ailələrinin üzvləri və qazilər üçün iş yerlərinin kvota ilə müəyyənləşdirilməsi: dövlət və özəl qurumlarda onlar üçün ayrıca iş yerlərinin ayrılması;
Evsiz ailələrə 2 faizli kritik sosial ipoteka ayrılması üçün xüsusi proqramın hazırlanması və reallaşdırılması;
Yasamal rayonu problemlərinin həlli istiqamətində davamlı işlərin görülməsinə nail olmaq;
Paytaxt Bakının xaotik yüklənməsinin qarşısı alınması ilə bağlı planların hazırlanması, onun həyata keçirilməsinə çalışmaq;
Yaşlı nəslin qayğılarını öz üzərinə götürəcək sosial xidmətlərin təşkilinə gerçəkləşdirmək;
Uşaqlar və gənclərin əlaçatan təhsil imkanlarını genişləndirilməsi, eləcə də gənc nəslin normal qidalanması, istirahəti və karyera imkanlarının artırılması ilə rəsmi dövlət proqramın qəbuluna nail olmaq;
Gənclər arasında narkomaniya, tütün məhsullarından istifadə kimi zərəli vərdişlərlə sivil metodlardan yararlanmaqla mübarizənin artırılması;
Süni qiymət artımı, işsizlik, ekoloji böhran, şaytaxtın təbiətinə vurulan zərər, Bakı və Abşerondakı göllərin qurudulmasına qarşı cəmiyyətin və dövlət orqanlarının birbaşa müdaxiləsi ilə ictimai nəzarətin gücləndirilməsi;
İşsiz gənclərlə bağlı dövlətin xüsusi proqramının qəbulu və orada paytaxt, Yasamal rayonu gəncləri üçün kvotaların ayrılması;
Qadınların iş saatının azaldılması: işləyən xanımların ailə üzvlərinə və uşaqlarına baxdıqları üçün işə 1 saat gec gəlsin, eləcə də işdən 1 saat tez çıxa bilsin;
Ailə böhran təsisatları, eləcə də gənclər üçün uğur və karyera mərkəzlərinin yaradılması;
Şəhər mərkəzində söküntüsü gedən məhəllələrin sakinlərinin həmin ərazilərdə mənzil və iş yerləri təmin edilməsinə nail olmaq;
Paytaxtda tikilən hündürmərtəbəli binaların 1-ci mərtəbəlində mülkləri sökülmüş yerli sakinlərə iş yerlərinin açılması üçün minimal qiymətlərlə qeyri-yaşayış sahələrinin ayrılmasına çalışmaq;
Təhsil, elm, səhiyyə, mədəniyyət və dövlət qulluqçularının əmək haqlarının ölkədəki mövcud qiymətlərə uyğunlaşdırılması;
İcbari Tibbi Sığorta ilə bağlı problemlərin aradan qaldırılması və əhalinin sağlamlığına xüsusi dövlət qayğısının artırılması;
Parlament və dövlət təsisatında islahatların aparılması, Milli Məclisin daha çox ictimai-siyasi müzakirələr meydanına çvirmək, gələcəkdə cəmiyyətin daha çox təbəqələrinin əhatələmək üçüç ikipalatalı beyin mərkəzi kimi fəaliyyətinə çalışmaq;
Dövlət qurumları və sisteminə parlamentin ictimai-siyasi nəzarətini artırmaq və s…

#ParlamentSeçkiləri#Seçki2024#17saylıyasamalüçüncüseçkidairəsi#Əbilovaydınəhmədoğlu#Aydınxan#Aydınxanəbilov#Aydınəbilov#Aydınlisabahlara#Əbilovaydinəhmədoğlu#AydinXan#Aydinəbilov

Seçilən
58
4
sabahinfo.az

5Mənbələr