AZ

İlon Mask Kadırova maşın hədiyyə etmədiyini deyir

Yayımlandı: 22 Avqust 2024 16:45 Çeçenistan lideri “Cybertruck” ilə bağlı video yayaraq qlobal diqqəti üzərinə çəkdi Çeçenistanın lideri Ramzan Kadırov üzərində pulemyot olan “Tesla Cybertruck” maşınını idarə edərək, video paylaşıb və bunun ona “Tesla”nın sahibi İlon Maskın (Elon Musk) bağışladığını bildirib. Kadırov videonu avqustun 17-də “Cybertruck”un dizaynlarını tərifləyən başlıq ilə yayımlayıb.“Belə əla xüsusiyyətlərə əsaslanaraq, “Cybertruck” tezliklə Ukraynaya göndəriləcək və orada müvafiq şərtlərlə tələb olunacaq. Əminəm ki, bu “heyvan” əsgərlərimiz üçün çox faydalı olacaq”, – Kadırov deyib. Kadırov Maska təşəkkür edərək, Qroznıya gəlməsini istəyib, burada onu “ən əziz qonaq” kimi qarşılayacağını deyib. O əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyinin belə bir səfərə qarşı çıxacağı ehtimalı azdır. Kadırov fikirlərini Muskdan Ukraynada müharibənin sona çatmasına töhfə verəcək “yeni inkişaflar” gözlədiyini bildirərək yekunlaşdırıb. “OC Media” yazır ki, “Tesla” hazırda Rusiyada öz avtomobillərini satmır və Kadırov “Cybertruck”a necə sahib olduğunu izah etməyib. Elon Musk “New York Times”ın əməkdaşı Set Abrahamsonun Amerikanın sanksiya tədbiq etdiyi Rusiyaya “Cybertruck”ın necə getdiyini sorğuladığı paylaşıma cavab verib və Kadırova maşın göndərdiyini təkzib edib. Həmin gün Kadırov Maskın Abramsona cavabının skrinşotunu “Telegram”da paylaşaraq, onu “geri qalmış və təşəbbüskar olmayan insanlara və korrupsioner mediaya diqqət yetirməməyə” çağırıb. “Mənə inanın, onlara vaxt ayırmağa dəyməz. Yaratmağa və yeni zirvələrə çatmağa davam etmək daha yaxşıdır. Sizin inkişaflarınız bizə çox kömək edir”. O, “Starlink” üçün xüsusi təşəkkür də edib. Şimali Qafqaz üzrə analitik və İndiana Universitetinin fəlsəfə doktoru Harold Çembers hesab edir ki, Kadırovun ilk postu “trolluğun” başqa bir formasıdır və o, sadəcə olaraq qlobal diqqət mərkəzində qalmaq üçün bu cür mövzudan istifadə edir. “O, öz “Telegram” kanalında sanksiyalardan necə yayındığını açıq şəkildə yazır, başqa yolla gizlədilmiş ailə bizneslərini və yenidən qazanılmış sxemləri göstərir, lakin bununla bağlı qlobal etiraz yoxdur. Onlar yalnız Kadırovun gülünc bir şey etdiyini düşündükləri zaman diqqət yetirirlər. Beləliklə, Kadırov çox vaxt ona əhəmiyyət verməmələrinə baxmayaraq, onlardan üstün olduğunu söyləyə bilər”. Çembersin fikrincə, Kadırovun “Cybertruck”un Maskın hədiyyəsi olması ilə bağlı iddialarının, “Maskın Starlink ilə hərəkətlərini və məlum geosiyasi əhval-ruhiyyəni” nəzərə alsaq, doğru olma ehtimalı azdır. Çembers qeyd edib ki, Kadırov avtomobili yaxşı əlaqələrinin olduğu və yeni “Cybertruck”un təxminən 250.000 dollara başa gəldiyi Dubaydan asanlıqla ala bilərdi.Bu, Kadırovla Maskın ilk qarşılıqlı əlaqəsi deyil. 2022-ci ilin martında Maskın Rusiya Prezidenti Vladimir Putini Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı “tək döyüşə” çağırmasından sonra cütlük onlayn mübahisəyə girdi. Mübahisə Kadırovun Maskın “Starlink” peyk internet şəbəkəsində rus saytlarını bloklamaqdan imtina etməsi ilə bağlı “sarsılmaz iradəsini” təqdir etməsi ilə sona çatdı. “OC Media” şərh üçün “Tesla” ilə əlaqə saxlasa da, cavab ala bilmədiyini yazır. Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
7
xural.com

9Mənbələr