AZ

İctimai fəal Səməd Şıxının da saxlanıldığı bildirilir

Yayımlandı: 24 Avqust 2024 00:19 Onun hava limanından hara aparıldığı haqda məlumat yoxdur İctimai fəal, yazar Səməd Şıxının avqustun 23-də axşam saat 19.00 radələrində Bakıda hava limanında saxlandığı bildirilir. Bu barədə Meydan TV-yə onun dostları məlumat verib. Dostlarının dediyinə görə, Səməd Şıxı hava limanında həm təhlükəsizlik, həm də sərhəddən – pasport nəzarətindən də keçib. Bundan təxminən yarım saat sonra dostlarına saxlanması barədə mesaj yazıb. “Səməd Şıxı mənə yazdı ki, saxlanılıb”, – Rüstəm İsmayılbəyli bildirib. Bundan sonra onun telefonu söndürülüb, əlaqə saxlamaq mümkün olmayıb. Dostları deyir ki, saxlandığını xəbər verməsindən 3 saatdan çox vaxt keçsə də, onun hara aparıldığını, hansı səbəbdən saxlandığını öyrənmək mümkün olmayıb. Hüquq-mühafizə orqanlarından onun haqqında məlumat almaq cəhdləri də nəticə verməyib. Səməd Şıxı Azərbaycan hökumətinin siyasətini tənqid edən, həmçinin müharibə əleyhdarı olan gənc fəallardandır. O, bir il əvvəl – 2023-cü ilin avqustunda da polis tərəfindən saxlanmışdı. Həmin vaxt ictimai fəal bildirmişdi ki, polis bölməsində ondan Gədəbəyin Söyüdlü kəndindəki etirazlarla bağlı sosial media hesabında yazdığı paylaşımları silməyi tələb ediblər. Lakin telefonu üstündə olmayıb. Onun atasını telefonu götürüb, bölməyə gəlməyə məcbur ediblər: “Konkret maddələr sayıb, məni hədələyirdilər. Statuslarımı siləndən sonra dedilər ki, bundan sonra nəsə yazsan sutkalıqdan da yuxarı gedəcəksən, yazdıqlarının hamısını saxlamışıq”. İki gün öncə hökumətin tənqidçisi və müharibə əleyhdarı olan başqa bir gənc fəal Bəhruz Səmədov da saxlanılıb. Bu gün – avqustun 23-də onun haqqında dövlətə xəyanət ittihamıyla həbs qərarı çıxarılıb. Çexiyada Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov ermənilərə məlumat ötürməkdə ittiham olunur. O isə bu ittihamın yalan olduğunu bildirir, sülhpərvər olduğuna görə cəzalandırıldığını deyir. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
xural.com

2Mənbələr