AZ

"Qala Sigorta" işçi axtarır - VAKANSİYA

Qala Sigorta

Ümumi şöbəsinin assistenti/mütəxəssisi

Son tarix 01 sen 2024 - [email protected]

İş yeri: “Qala Sığorta” Şirkəti

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali təhsil arzuolunandı;
  • Azərbaycan və rus dillərində səlis danışmaq və yazmaq bacarığı, ingilis dili biliyi üstünlükdür; 
  • Kargüzarlıq işinin təşkili və aparılması qaydalarını bilməli;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • İş təcrübəsi arzuolunandı;
  • Vaxtın idarəedilməsi bacarığı;
  • Problem həlletmə bacarığı;
  • Ünsiyyətçil, təşəbbüskar.

Vəzi̇fə və öhdəli̇klər:

  • Ümumi şöbənin iş prosesinin həyata keçirilməsinə dəstək göstərilməsi; 
  • Şirkətə daxil olan sənədlərin Elektron sənəd dövriyyəsi sistemində qeydiyyata alınması;
  • Sənədlərin icra müddətinə nəzarət edilməsi və icra edilmiş sənədlərin aidiyyəti şöbələrdən tələb edilməsi;
  • Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının Elektron sənəd dövriyyəsi sistemində aparılması, çap edilməsi, imzaya təqdim edilməsi və skan olunması;
  • Sənədlərin qoruyub saxlanılması və xidməti zərurətlə əlaqədar onlardan istifadənin təmin edilməsi;
  • Şirkətin elektron poçt ünvanına daxil olan məktubların, sorğuların aidiyyatı üzrə bölüşdürülməsi və lazım gəldikdə cavablandırılması;
  • Daxili müştərilərin zənglərinin cavablandırılması və rəhbərliklə kommunikasiya qurulmasında köməklik göstərilməsi;
  • Şirkətin İdarə Heyətinin sədrinin iştirak edəcəyi görüş və iclasların təqvim üzrə qeyd edilməsi və nəzarət edilməsi;  
  • Digər struktur vahidləri üçün müvafiq sənədlərin lazım gəldikdə surətinin çıxarılması, skan olunması;
  • Şirkətdaxili müxtəlif siyahıların hazırlanması və daima yenilənməsi;
  • Vəzifə səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinin və Şirkətin İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icrası.

Əmək şəraitinin şərtləri:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 30 avqust 2024-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Ümumi şöbəsinin mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır. 

Seçilən
176
45
fed.az

10Mənbələr