Hilton Garden Inn Baku
Böyük mühasib
Son tarix 23 sen 2024 - [email protected]
Hilton Garden Inn Baku komandasının bir hissəsi olun və kariyeranızı inkişaf etdirin!
- Şöbə: Maliyyə
- Ünvan: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Maliyyə vəziyyəti ilə bağlı müntəzəm və dövri hesabatların hazırlanması (gündəlik, aylıq, illik);
- Maliyyə əməliyyatlarının düzgünlüyünü təmin etmək üçün daxili nəzarət sistemlərinin tətbiqi;
- Pul vəsaitlərinin idarə olunması və maliyyə risklərinin qiymətləndirilməsi;
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
- Vergi qanunvericiliyi və digər müvafiq qanunvericilik tələblərinə riayət edilməsi;
- Maliyyə qanunvericiliyi ilə bağlı məsləhət və təlimatların verilməsi;
- Mühasibat uçotunun düzgün aparılması və mühasibat kitablarının idarə olunması;
- Maliyyə əməliyyatlarının və sənədlərin təsdiqlənməsi və qeydə alınması;
- Daxili auditlər və müstəqil auditlər üçün lazım olan məlumatların təmin edilməsi;
- Texnoloji yeniliklər və mühasibat alətləri ilə bağlı tövsiyələrin verilməsi;
Tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi;
- Mühasibatlıq və maliyyə sahəsində peşəkar sertifikatlar (məsələn, CPA, ACCA, CMA) üstünlükdür;
- Mühasibat proqramları və maliyyə sistemləri ilə yüksək səviyyədə bacarıq (məsələn, ERP sistemləri, Excel və s.);
- Maliyyə hesabatlarının hazırlanması və analizi üzrə geniş bilik;
- Yaxşı ünsiyyət bacarıqları, həm yazılı, həm də şifahi;
İşçinin təminatları:
- Qidalanma (işçi yeməkxanasında);
- Könüllü tibbi siğorta;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Böyük mühasib” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq