RU

"Hilton Garden Inn Baku" işçi axtarır - VAKANSİYA

Hilton Garden Inn Baku

Böyük mühasib

Son tarix 23 sen 2024 - [email protected]

Hilton Garden Inn Baku komandasının bir hissəsi olun və kariyeranızı inkişaf etdirin!

  • Şöbə: Maliyyə
  • Ünvan: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Maliyyə vəziyyəti ilə bağlı müntəzəm və dövri hesabatların hazırlanması (gündəlik, aylıq, illik);
  • Maliyyə əməliyyatlarının düzgünlüyünü təmin etmək üçün daxili nəzarət sistemlərinin tətbiqi;
  • Pul vəsaitlərinin idarə olunması və maliyyə risklərinin qiymətləndirilməsi;
  • Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
  • Vergi qanunvericiliyi və digər müvafiq qanunvericilik tələblərinə riayət edilməsi;
  • Maliyyə qanunvericiliyi ilə bağlı məsləhət və təlimatların verilməsi;
  • Mühasibat uçotunun düzgün aparılması və mühasibat kitablarının idarə olunması;
  • Maliyyə əməliyyatlarının və sənədlərin təsdiqlənməsi və qeydə alınması;
  • Daxili auditlər və müstəqil auditlər üçün lazım olan məlumatların təmin edilməsi;
  • Texnoloji yeniliklər və mühasibat alətləri ilə bağlı tövsiyələrin verilməsi;

Tələblər:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi;
  • Mühasibatlıq və maliyyə sahəsində peşəkar sertifikatlar (məsələn, CPA, ACCA, CMA) üstünlükdür;
  • Mühasibat proqramları və maliyyə sistemləri ilə yüksək səviyyədə bacarıq (məsələn, ERP sistemləri, Excel və s.);
  • Maliyyə hesabatlarının hazırlanması və analizi üzrə geniş bilik;
  • Yaxşı ünsiyyət bacarıqları, həm yazılı, həm də şifahi;

İşçinin təminatları:

  • Qidalanma (işçi yeməkxanasında);
  • Könüllü tibbi siğorta;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Böyük mühasib” yazmaqla  mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Избранный
130
45
fed.az

10Источники